1 min read

Beyləqanda kanalda bir nəfər batıb

Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

1 min read

İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

İmişli rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Rəsullu kəndində qeydə alınıb. Kənd sakini, 2021-ci il təvəllüdlü Ö.Xəlilovun idarə etdiyi velosiped hərəkətdə olan zaman traktora çırpılıb. Nəticədə azyaşlı traktorun altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Cəlilabadda avtomobil qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb. Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; – Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü […]

2 mins read

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödəyib

Mühacirətdə yaşayan jurnalist Qənimət Zahid sabiq deputat Çingiz Qənizadəyə məhkəmə qərarı əsasında təzminat ödəyib. Canlixeber.com Bakıgundem.com’a istinadla xəbər verir ki, məsələ Qənimət Zahidin 2019-cu ildə “YouTube” platformasında yayımladığı videolarda Çingiz Qənizadə barədə səsləndirdiyi iddialarla bağlı olub. Sözügedən videolarda sabiq deputat Rusiyada qətlə yetirilən azərbaycanlı iş adamı Ruslan Hüseynovun ölümündə təşkilatçı və ya iştirakçı kimi təqdim […]

1 min read

Bakıda 40 yaşlı kirayənişin balkondan yıxılıb öldü

Bakıda 40 yaşlı kişi eyvandan yıxılıb ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da gecə saat bir radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov ehtiyatsızlıqdan kirayə yaşadığı evin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Bakıda ofisdən maklerin meyiti tapıldı

Bakıda ofisdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 5-də saat 16 radələrində paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza Bakı–Quba avtomobil yolunda, Quba rayonunun Pirvahid kəndindən keçən hissədə qeydə alınıb. İlkin məlumata əsasən, “Shacman” markalı yük avtomobili, “Kia” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub. Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların sayı və vəziyyəti dəqiqləşdirilir. Faktla […]

1 min read

Nərimanovda beşmərtəbəli binada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli binanın ikinci mərtəbəsində baş […]