1 min read

Ağcabədidə qəza: Ölən və yaralanan var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev Rüstəm Müzəffər oğlu Əliyevə məxsus “NAZ Lifan” markalı avtomobillə kənddən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb. Nəticədə Eldəniz Musayev aldığı xəsarətlərdən […]

1 min read

Astarada şəlalədə çimən turisti söydü, həbs olundu

Astarada şəlalədə çimən adamı söyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, hadisə rayonda məşhur Sım şəlaləsi ərazisində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalənin yanında olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını deyib və sudan çıxmasını istəyib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, […]

1 min read

Lənkəranda KIA və “Opel” TOQQUŞDU – Yaralılar var

Lənkəran rayonunun Liman şəhəri ərazisində “KIA Ceed” və “Opel” markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Qəza nəticəsində xəsarət alanların son vəziyyəti məlum olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər kişi avqustun 4-də saat 16:50-də Lənkəran […]

1 min read

Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının […]

1 min read

Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun cəsədini vətəndaşlar suyun üzərində görüblər. Qeyd edək ki, o ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində batmışdı.

1 min read

Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. […]

1 min read

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üç nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədənFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal […]