Hadisə
Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi
Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Zakir Xəlilzadənin (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama əsasən, təqsirləndirilən şəxs 23 may 2026-cı il […]
Oğuzda minik maşını aşıb: 7 YARALI VAR
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində “Mercedes” markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir.
Tovuzda iki maşın toqquşdu: Dördü qadın olmaqla beş yaralı var
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Əhmədabad kəndində minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (dörd qadın, bir kişi) 25.08.2026-cı il tarixində saat 09:40-da Tovuz […]
Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq skuterdən yıxıldığını deyib
Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb. Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların […]
Yevlaxda avtomobil yanıb
Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildiriib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanacaqdoldurma məntəqəsinin ərazisində “Toyota” markalı minik avtomobilində yanğın baş verdiyi və məntəqə ərazisinə […]
Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü
Bakıda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini 2018-ci il təvəllüdlü Y.Ə. evlərinin həyətindəki dəmir barmaqlıqlardan ibarət hasardan keçmək istəyərkən başı barmaqlığa ilişib. O, hadisə yerində köməksiz qaldığından boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var
Beyləqanda minik və yük avtomobilləri toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb. Belə ki, MAN markalı yük və “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Hyundai”ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Yevlaxda avtomobil motosikletlə toqquşub, ölən var
Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb. Canlixeber.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosikletin […]
Göygöldə yük avtomobili piyadanı vurub öldürdü
Göygöl rayonunun Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, dünən saat 9 radələrində 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəhman Fərman oğlu Allahverdiyevin idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini geriyə doğru hərəkət etdirərkən yol kənarında dayanan 1963-cü il təvəllüdlü İman Əli oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində […]
Çimərlik mövsümü başlayandan bu günə kimi 53 nəfərin meyiti çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 75 nəfər (onlardan 69-u çimərlik mövsümündə) xilas edilib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, xidməti nəzarət edilən çimərlik ərazilərində ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb. Lakin […]
