Hadisə
Tovuzda evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Tovuzda fərdi yaşayış evində yanğın olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Rayon sakini məxsus evdə qəfil yanğın başlayıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. […]
Qaxda 47 yaşlı qadını ilan sancıb
Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağyazı kəndinin ərazisində baş verib. Zaqatala rayonu Əliabad qəsəbə sakini 47 yaşlı Aygün Muxtar qızı İsgəndərova təsərrüfat işləri aparan zaman ərazidə olan ilan qəfildən onun sağ ayaq pəncəsindən sancıb. A. İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. İsgəndərovaya lazımi […]
Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Gəncədə fərdi yaşayış evində yanğın olub
Gəncədə yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evin dam örtüyünün 5 kv. metr hissəsi […]
Bakıda qəza: “Hyundai” əks yola düşdü
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil hərəkət istiqamətindən çıxaraq yolun əks istiqamətinə düşüb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Sumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər
Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli […]
Goranboyda evdən 18 yaşlı gənc qızın meyiti tapılıb
Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü Z. Qurbanovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda […]
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb
Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Kia Optima” markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb. İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub. Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə nəticəsində avtomobilə və […]
Ucarda avtomobilin vurduğu velosipedçi ölüb
Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedçini vurub. Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma […]
Sabirabadda məktəbli qızın meyiti tapıldı
Sabirabad rayonunda yeniyetmə qızın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 7-si saat 17 radələrində Çığırğan kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü G.M.-in meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
