Hadisə
Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir
Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir. Canlixeber.com xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb
Lerik rayonunda da ev quşlarının kütləvi tələfatı müşahidə olunmağa başlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dizdipok kəndində qeydə alınıb. Kənd sakini İntiqam Qafarovun təsərrüfatında 100-ə yaxın ev quşu tələf olub. Yerli sakinlərin sözlərinə görə, xəstələnən quşlarda əvvəlcə pipik hissəsində qaralma, daha sonra isə titrəmə əlamətləri müşahidə olunur. Qısa müddət sonra isə quşlar tələf olur. […]
Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarətlər alıb. Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər “Qobu” futbol […]
Ağdamda yanğının miqyası böyüyür: Alov daha iki kəndə doğru yayılır
Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğınlar bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb. Canlixeber.com xəbər verir ki, əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub. Bundan başqa, Mərzili istiqamətində yanğın baş verən ərazidə ardıcıl partlayış səsləri eşidilir. Yanğının keçmiş təmas xəttində minalanmış ərazilərə yayılması səbəbindən partlayışların baş […]
Abşeronda üçaylıq körpə boğulub öldü
Abşeronda körpə faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib. Üçaylıq Səccad İbrahim oğlu Axundov yaşadığı evdə boğularaq ölüb. Onun hansı şəraitdə boğulması isə məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bakıda küçədə meyit tapıldı
Bakı şəhərinin Nərimanov rayonunda kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, İzzəddin Həsənoğlu küçəsində Yardımlı rayon sakini – 1975-ci il təvəllüdlü Yalçın Cangirovun üzərində zorakılıq əlamətləri görünməyən nəşi aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Hövsanda ağır QƏZA: Ölən var
Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 02:30-da Zığ-Hövsan körpüsünün altında, MİDA Hövsan yaşayış kompleksinin və “Akkord” qarajının yaxınlığında baş verib. Qəzaya uğrayan 77-NK-513 dövlət qeydiyyat nişanlı, VAZ-2107 avtomobilinin sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən həyatını itirib. Bildirilir ki, dünyasını dəyişən şəxsin adı […]
Oğuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Oğuzda minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda, rayonun Padar kəndi ərazisində baş verib. İlkin məlumata görə, “Mercedes” və “VAZ-2109” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan “VAZ”ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev və 1984-cü il təvəllüdlü Aynur Salahova Oğuz xəstəxanasına yerləşdirliblər. […]
Yevlax sakini Mingəçevirdə döyülüb
Yevlax sakini Mingəçevirdə mübahisə zamanı döyülüb. Canlixeber.com xəbər verir ki, hadisə Mingəçevirdə, Qaçaq Nəbi küçəsində yerləşən kafedə baş verib. İlkin məlumata görə, mübahisə zəmnində 39 yaşlı Yevlax rayon sakini Xəyal Rəsulov başından ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Baş vermiş hadisə ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Gəncədə üç qardaş arasında dava – Biri özünə xəsarət yetirib
Gəncədə qardaşlar arasında əlbəyaxa dava olub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Üç qardaş arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qardaşlardan Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. Mübahisə zamanı onların içkili olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər araşdırma başlanılıb.
