Cəmiyyət
Eldar Əzizov yeni rəis təyin etdi
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb.
General təqaüdə göndərildi
Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub. Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, […]
Bu gün hava necə olacaq?
İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. […]
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək
Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Paşa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sahibə Qafarovaya köməkçi təyin edilib
Milli Məclisdə yeni kadr təyinatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında qeyd edilib. Belə ki, Aydan Tofiq qızı Fərəcova Milli Məclis sədrinin köməkçisi təyin edilib.
Son altı ayda Azərbaycanda qanunsuz ov edən 62 nəfər saxlanılıb
Bu ilin 6 ayında Azərbaycanda qanunsuz ov faktları ilə bağlı ümumilikdə 54 900 manat məbləğində cərimə tətbiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, hesabat dövründə ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirliyin aidiyyəti qurumlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində qanunsuz […]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək. Qeyd edilib ki, sözügedən reyslərə biletləri […]
Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi
Bakıda iki yol sahəsində aparılan təmir işləri ilə əlaqədar 10 marşrut üzrə avtobusların hərəkəti alternativ küçələrdən təşkil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Belə ki, Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif prospektinədək) aparılan təmir işləri səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli avtobusların hərəkəti […]
Paytaxtın dörd rayonunda su olmayacaq
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunmasıdır.
FHN: Ötən sutka ərzində bağlı qapı arxasında qalmış 2 nəfər xilas edilib, 3 nəfərin meyiti təhvil verilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti […]
