1 min read

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. Oxu.Az-ın məlumatına görə, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciət edib. Təcili tibbi yardım avtomobilində pasiyentin döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub. Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi […]

1 min read

İcra başçısı müavinini işdən çıxardı

Göygöl rayon İcra Hakimiyyəti başçısı Vüqar Novruzov sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Qocayevi işdən çıxarıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, işdən azad olunan A.Qocayev “Asan xidmət” mərkəzində işlə təmin edilib. A.Qocayev Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində üç il çalışıb. O, öncə də “Asan xidmət” mərkəzində işləyib.

2 mins read

Fənn müsabiqələrində keçid ballarının müxtəlif olması məsələsinə aydınlıq gətirilib

Respublika Fənn Müsabiqələrinin final mərhələsinə keçid balları açıqlandıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutuna çoxlu sayda müraciət daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb. Bildirilib ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir:”Bu səbəbdən […]

1 min read

Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Canlixeber.com İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb. Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib. Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb […]

1 min read

WUF13 zamanı yalnız könüllülər üçün nəqliyyat ödənişsiz olacaq

Bakıda 17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərəcək könüllülər üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq. Canlixeber.com “Report”ay istinadla xəbər verir ki, barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, forum müddətində yalnız WUF13 könüllüləri paytaxtın ictimai nəqliyyat xidmətlərindən pulsuz yararlana biləcəklər. Qərarın tədbir iştirakçılarının hərəkət rahatlığının təmin olunması […]

1 min read

Bakı-Dubay reysləri bərpa edilib

Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri icra olunacaq. Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar sözügedən istiqamət üzrə uçuşlar müvəqqəti […]

3 mins read

Bakıda dörd tibb müəssisəsi gücləndirilmiş rejimdə çalışacaq

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində […]

2 mins read

Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir […]

1 min read

Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi iş rejimi tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, tədbir günlərində sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişiklik ediləcək. Mayın 17-də […]

1 min read

Agentlik sədrinin müşaviri işdən çıxdı – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri – Çingiz Əliyev vəzifəsindən azad olunub. Canlixeber.com İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq sədrin müşaviri vəzifəsindən […]