Cəmiyyət
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir?
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu layihəsi üzrə ümumi icra faizi 86% təşkil edir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14.1 kilometr olan Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni […]
Bəzi ərazilərdə elektrik kəsiləcək
Paytaxtın Yasamal və Nizami rayonlarının bir hissəsində elektrik enerjinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, iyulun 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir […]
Bu gün hava necə olacaq?
Azərbaycanda iyulun 2-də gözlənilən hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. […]
Bu gün Azərbaycan Polisi Günüdür
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bizə miras qoyduğu ən mühüm dövlət institutlarından biri, şübhəsiz ki, milli polis təşkilatıdır. Canlixeber.com-un xəbərinə görə, hər il iyulun 2-də qeyd olunan Azərbaycan Polisi Günü yalnız bir peşə bayramı deyil, həm də daxili işlər orqanlarının keçdiyi tarixi, keşməkeşli və fədakar inkişaf yolunun rəmzidir. Bəs müasir Azərbaycan polisi haradan başlayıb və bu […]
Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb. Canlixeber.com xəbər verir ki, o bu barədə sosial media hesabında məlumat verib. Qeyd edək ki, E.Hidayətoğlu 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri […]
Anar Seyidməmmədov ehtiyata buraxıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Aynal oğlu Seyidməmmədov öz ərizəsinə əsasən ehtiyata buraxılıb. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bir neçə gün əvvəl bu barədə əmr imzalayıb. Qeyd […]
Əksər yerlərdə yağış yağır – FAKTİKİ HAVA
İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilmişdir. Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76 […]
“BakıKart”ın qiyməti ARTDI
Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb. Canlixeber.com xəbər verir ki, “BakıKart”ın yaydığı məlumata görə, iyulun 1-dən kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb. Qeyd edək ki, dəyişiklik yalnız yeni əldə edilən “BakıKart” kartlarının satış qiymətinə aiddir.
Bəzi qatarların hərəkət qrafiki dəyişdi
Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib. Canlixeber.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək. Yeni […]
Bu gün hava necə olacaq?
İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. […]
