1 min read

Arvadının saçını keçəl edən ərə – Hökm oxundu

Arvadının saçını keçəl qırxaraq ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan olunub.Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham kifayət qədər əsaslıdır və çoxsaylı dəlil-sübutlarla təsdiqini tapıb. Hökmə əsasən, Tamerlan Məmmədov köməksiz vəziyyətdə […]

1 min read

Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA

Mayın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, mayın 19-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, […]

1 min read

Dövlət Toxum Fondunda təyinat olub

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun İdarə Heyətinə yeni sədr müavini təyin edilib. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə sözügedən qurumun sədr müavini vəzifəsinə Məhərrəm Kazımov gətirilib. Məhərrəm Kazımov bundan əvvəl Dövlət Toxum Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə çalışıb. Qeyd edək ki, bir neçə ay əvvəl Dövlət […]

1 min read

Qaxın səkkiz, Zaqatalanın bir kəndi qazsız qalacaq

Sabah saat 10:00-dan etibarən Qax şəhəri və Qaxbaş, Qaxingiloy, Ağçay, İlisu, Əlibəyli, Alatəmir, Meşəbaş və Əmircan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.con xəbər verir ki, bu barədə Zaqatal Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır. Həmçinin təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Zaqatala rayonu Danaçı kəndinin […]

1 min read

Qobustanda qəzalı körpü sökülür

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu müddət […]

1 min read

Yevlaxın bəzi əraziləri qazsız qalacaq

Mayın 22-i saat 10:00-dan Yevlax rayonunun Tanrıqulular, Boşçalı və Hürüşağı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

1 min read

Yevlax və Füzulinin bəzi ərazilərində qaz kəsiləcək

Sabah saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun 3 qəsəbə və 3 kəndinin, saat 14:00-dan isə Füzuli rayonunun 5 qəsəbə və 5 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

1 min read

Bakı-Tbilisi qatarı qayıdır

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Canlixeber.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.