Qaxın səkkiz, Zaqatalanın bir kəndi qazsız qalacaq
Sabah saat 10:00-dan etibarən Qax şəhəri və Qaxbaş, Qaxingiloy, Ağçay, İlisu, Əlibəyli, Alatəmir, Meşəbaş və Əmircan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Canlixeber.con xəbər verir ki, bu barədə Zaqatal Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Həmçinin təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Zaqatala rayonu Danaçı kəndinin qaz təchizatı da saat 10:00-dan etibarən dayandırılacaq.
