Cəmiyyət
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
2025-ci il üzrə Bakı şəhəri, eləcə də respublikanın şəhər və rayon icra hakimiyyətlərinə dair statistik göstəricilərin ümumiləşdirilməsi göstərir ki, ümumi işçilərin 5063 nəfəri (75,6%) kişi, 1633 nəfəri (24,4%) qadın olub. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, ötən il icra başçısının müavinlərinin 121 nəfəri (66,9%) kişi, 60 nəfəri (33,1% ) qadın olub. 2025-ci ildə Naxçıvan Muxtar […]
İTV-nin yeni baş direktorunun seçiləcəyi tarix məlum olub
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun seçiləcəyi tarixi məlum olub. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, seçki mayın 25-də keçiriləcək. Yeni sədr Yayım Şurasının iclasında səsvermə yolu ilə müəyyənləşəcək. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri akademik Teymur Kərimlidir. Şurada Həsən Cəfərov, Azər Əliyev, Azər Həsrət, Vüqar Zeynalov, […]
Azərbaycanda qadın pilotların sayı məlum olub
2025-ci ildə Azərbaycanda pilotların 99%-i (377 nəfər) kişilər, 1%-i (3 nəfəri) qadınlar olub. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, ötən il bələdçilərin 36%-ni kişilər, 64%-ni isə qadınlar təşkil edib.
Şəfayət Mehdiyev küçəsi, Vaqif və Mətbuat prospektlərində mikromobillik zolaqları təşkil edilib
Paytaxtın Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil edilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək. […]
Aprel ayında 173 809 nəfər yaşa görə aylıq sosial müavinət alıb
2026-cı ilin aprel ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 173 809 nəfər olub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, onların 61,7%-ni qadınlar, 38,3%-ni isə kişilər təşkil edib.
Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular […]
Hamlet Musayevin qızı həbsdən azad edildi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyeva ilə barışıq əldə edib. O, külli miqdarda məbləği hissə-hissə ödəməyə razılaşıb.Tərəflər arasında razılıq əldə edildiyindən istintaq […]
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycanda orta aylıq əmək haqqı məbləği 1151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıb. Canlixeber.com xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 20-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Azərbaycanda mayın 20-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə […]
