Yevlaxın bəzi əraziləri qazsız qalacaq
Mayın 22-i saat 10:00-dan Yevlax rayonunun Tanrıqulular, Boşçalı və Hürüşağı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
