1 min read

“Sabah” FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada “Ritas”a qarşı keçirəcək. Görüş bu gün, Bakı vaxtı ilə saat 20:30-da “Vilnüs Arena”da start götürəcək. Xatırladaq ki, A qrupunda Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” klubları da yer alıblar.

1 min read

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. Canlixeber.com Gununsesi.info-ya istinadla bildirir ki, Anar Həsənov adlı şəxs bu bağ sahəsinin onun ailəsinə məxsus olduğunu iddia edir. Onun iddiasına görə, Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına […]

1 min read

Azərbaycana məğlubiyyətə görə istefa verdi

Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas istefa verib. Canlixeber.com xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi yığmanın Millətlər Liqasında Azərbaycana 0:1 hesablı məğlubiyyəti olub. Federasiya rəhbərliyi ilə görüşdən sonra Yankauskas vəzifəsindən ayrılıb. Qeyd edək ki, çalışdırıcı 1 fevral 2023-cü ildən bu vəzifəni icra edirdi.

1 min read

Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb

Azərbaycanda sentyabr ayı ərzində ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Yoxlamaların 105-i planlı, 5-i plandankənar olub. Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı […]

1 min read

“Gündəlik Bakı” qəzetinin baş redaktoru barəsində qərar verilib

“Gündəlik Bakı” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Xatırladaq ki, Habil Vəliyev Bakı Ağır […]

1 min read

TBMM sədr müavini xəstəliyi ilə əlaqədar istefa verib

Türkiyənin keçmiş ədliyyə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ vəzifəsindən istefa verib. Canlixeber.com xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb. Hazırda Şanlıurfa millət vəkili olan Bekir Bozdağın xərçəng xəstəliyindən müalicə aldığı bildirilib.

1 min read

Fizika üzrə Nobel mükafatı laureatı məlum olub

Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub. Canlixeber.com xəbər verir ki, builki mükafatı Francis Halzen qazanıb. O bu mükafata “IceCube” Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb. Məlumat üçün bildirək ki, Francis Halzen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub. Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, […]

1 min read

Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanın hərbi qurumlarında istefaların başlamasına səbəb olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. “Hadisədən bir neçə gün sonra ilk istefa baş verdi – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən ayrıldı. Onun məsuliyyət zonasına qismən Milli Təhlükəsizlik Xidməti Sərhəd […]

1 min read

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib

Səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Bildirilib ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” […]

1 min read

Naftalanda oteldə Özbəkistan vətəndaşının meyiti tapılıb

Naftalan şəhərində sanatoriyaya istirahətə gəlmiş Özbəkistan vətəndaşının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, “Qarabağ Otel Resort SPA” sanatoriyasında 1957-ci il təvəllüdlü Zufarof Cahangir Mahmudoviçin meyiti aşkar edilib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. 69 yaşlı kişinin ölüm səbəbi ilə bağlı prokurorluqda araşdırma başlanılıb.