1 min read

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciət ünvanlayıb. Canlixeber.com xəbər verir ki, müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib.

1 min read

Cüdo üzrə böyüklər arasında dünya çempionatı: Bu gün dörd təmsilçimiz yarışır

Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü gününə start verilir. Canlixeber.com xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxacaq. Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq. Kişilərin 81 kiloqram […]

1 min read

Azərbaycanda repetitorluq edən müəllim həbs olundu

Mingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluğa görə həbs edilib. Canlixeber.com xəbər verir ki, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir – red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb. O, Raulun anası Kəmalə Ələkbərovanın imkanlı biri olduğunu bilib və onun pullarını ələ keçirmək qərarı verib. Qadın müəllim bu məqsədlə Kəmalə Ələkbərli ilə […]

1 min read

Xəzər rayonunda qəza olub, sürücü çətin vəziyyətdə qalıb

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada Granta” markalı minik avtomobili və “Daewoo” markalı avtobusun iştirakı ilə […]

1 min read

Beynəlxalq Boks Assosiasiyası yeni turnirin yaradıldığını elan etdi: Qalib bir milyon dollar alacaq

Beynəlxalq Boks Assosiasiyası (IBA) 2027-ci ildə zərbə gücü üzrə dünya çempionatına start verəcək. Canlixeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə IBA prezidenti Umar Kremlyov mətbuat konfransında bildirib. “Biz gələn il zərbə gücü üzrə “Punch” yarışlarına start veririk. Çempionları müəyyənləşdirəcəyik, burada da pul mükafatları olacaq. Boks həvəskarlarının da iştirak edə bilməsi üçün zərbəni ölçən aparatları […]

1 min read

Devid Bekhemin qızı yeni kosmetika brendi yaradır

Devid və Viktoriya Bekhemlərin 15 yaşlı qızı Harper Seven Bekhem öz kosmetika brendini yaratmağa hazırlaşır. Canlixeber.com “Daily Mail”ə istinadən xəbər verir ki, “Harlo by Harper” brendinin təqdimatının 2027-ci ilin ikinci yarısında keçirilməsi gözlənilir. Gələn ilin iyulunda məşhur ailənin qızının 16 yaşı tamam olacaq. Kosmetika xəttinə təmizləyici vasitə, tonik, yüngül nəmləndirici krem və dodaq balzamları daxil […]

1 min read

Gömrükdə yarım milyon manatlıq əməliyyat

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Bildirilib ki, Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə […]

1 min read

Bu gün hava necə olacaq?

Azərbaycan ərazisində oktyabrın 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə qısa müddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi səhər […]

1 min read

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Fazil Məmmədovu yeni vəzifədə kollektivə Baş nazir Cabbar Musayev təqdim edib. Qeyd edək ki, F.Məmmədov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

2 mins read

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. Canlixeber.com xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlətimizin başçısına təqdim […]