1 min read

Azərbaycan Prezidenti Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. Canlixeber.com bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

1 min read

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət […]

1 min read

ABŞ-nin FTB direktoru erməniəsilli müğənni ilə evlənibmiş

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) 46 yaşlı rəhbəri Keş Patel və erməniəsilli 27 yaşlı amerikalı kantri-musiqi ifaçısı Aleksis Uilkins evləndiklərini açıqlayıblar. Canlixeber.com xəbər verir ki, müğənni sosial media hesabında nişan üzüyünün nümayiş olunduğu birgə fotolarını paylaşaraq, “Biz bunu rəsmiləşdirdik” şərhini əlavə edib. Patel isə həmin paylaşıma ürək və üzük emojiləri qoyaraq öz reaksiyasını bildirib. Cütlüyün […]

1 min read

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onlar oktyabrın 2-də polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil veriliblər. […]

1 min read

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları bəlli olub

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Mərhələnin bir oyundan ibarət duelləri üç günü əhatə edəcək. Azərbaycan Kuboku I təsnifat mərhələsi 7 oktyabr 14:30. “Qaradağ Lökbatan” – “Şəki” Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Törə Əhmədova. […]

1 min read

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi

Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş […]

1 min read

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub

“Ələt Azad İqtisadi Zonasında tikilməkdə olan ilk beynəlxalq yük (karqo) hava limanı 2027-ci il aprelin sonunda istifadəyə veriləcək”. Canlixeber.com xəbər verir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib. O bildirib ki, birinci mərhələdə hava limanının karqo gücü ildə 500 000 […]

1 min read

Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü

Qubada 60 yaşlı kişi faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin SUM-12 yaşayış massivində baş verib. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyev yaşadığı fərdi evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Astarada maşın dərəyə aşdı: Ölən var

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hamoşam kəndi ərazisində qeydə alınıb. Kənd sakini Əlikram Abdulla oğlu Ağayev yaşadığı ərazisində VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə yayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Canlixeber.com xəbər verir ki, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb. Araşdırmalarla müəyyən edilib ki, o, “Instagram”da tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə […]