1 min read

Gəncədə evdən meyit tapıldı

Gəncədə 70 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Azər Balı oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı mənzildə aşkarlanıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

1 min read

Bir manata görə üç il həbs cəzası aldı

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. Canlixeber.com xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onun saxta profildən istifadə etdiyini və əsl adını müəyyənləşdirib, polisə […]

1 min read

Pensiyalar nə vaxt ödəniləcək?

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə […]

1 min read

Azərbaycanda ov mövsümü başlayır – Tarix açıqlandı

“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Canlixeber.com xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib. Xidmət rəsmisi qeyd edib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya […]

1 min read

Avtomobil dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı

Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib. […]

1 min read

Bakıda qadın qətlə yetirildi – Əri saxlanıldı

Bakıda ər arvadını qətlə yetirib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Museyib Əhmədov şəxsi münaqişə zəminində arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Rəhmənzadə xəstəxanada dünyasını dəyişib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli […]

1 min read

Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq. Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şosesinin […]

1 min read

Rusiyada yaşayan bir qrup azərbaycanlı deportasiya olunacaq

Rusiyanın Novorossiysk şəhərindəki tərəvəz bazalarından birində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən reyd zamanı miqrasiya qanunvericiliyinin pozuntuları aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Tədbir çərçivəsində Özbəkistan, Tacikistan və Azərbaycan vətəndaşlarının sənədləri yoxlanılıb. Onlar barəsində ümumilikdə 21 inzibati protokol tərtib olunub. Qayda pozuntularından 10-u Rusiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul […]

2 mins read

Yarım milyon manatı vergidən yayındıran sahibkara qarşı cinayət işi açıldı

Azərbaycanda sahibkar külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham olunur. Canlixeber.com xəbər verir ki, yarım milyon manatdan çox vəsaiti leqallaşdırmaqda ittiham edilən sahibkar Rizvan Camalovla bağlı cinayət işi başlanıb. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib. Məhkəməinin hazırlıq iclası yaxın günlərdə başlayacaq. Zərərçəkmiş şəxs qismində Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi […]

1 min read

Allahşükür Paşazadə: “Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz”

“Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz”. Canlixeber.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, süni intellektin insan həyatına sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı, yeni problemlər də yaradır: “Bu mövzuda ən […]