October 2026
Saatlıda ağır qəza: Beş yaşlı uşaq öldü
Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədov “Mercedes” markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra isə həmin yerdəki istirahət parkının ətrafına quraşdırılmış dəmir […]
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü
Bakıda avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala-Şüvəlan yolunun, Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb. Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtobusla hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi “Lada Granta” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində E.Qədimov bədən […]
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı
Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Astara” gömrük postunun idxal nəzarət xəttində İrandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük […]
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
“Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb”. Canlixeber.com xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da təşkil olunan paneldə bildirib. Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu […]
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. Canlixeber.com xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
Cüdo üzrə dünya çempionatı: Dörd idmançımız tatamiyə çıxacaq
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında beşinci yarış gününün görüşləri baş tutacaq. Canlixeber.com xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 üzvü qadınların -70 kiloqram və kişilərin -90 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -70 kiloqram çəki dərəcəsində Südabə Ağayeva ilk görüşünü 1/32 final mərhələsində keçirəcək. Onun rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant […]
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı M.Oruclu və N.Cavadovdan ümumilikdə 7 kiloqram narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan […]
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb. Qeyd olunub ki, həlak olan şəxs Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyevdir. Yerşov rayon administrasiyası onun bioqrafiyası, yaşı və nə vaxt həlak olduğu barədə məlumat paylaşmayıb. Rəşad Bəymirzəyevlə vida mərasimi oktyabrın 8-də onun Yerşovdakı evinin önündə keçiriləcək. O, […]
Bakının bəzi ərazilərində qaz olmayacaq
Oktyabrın 8-də paytaxtın bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M.Abbasov, K.Balakişiyev, Nəsimi, Ə.Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
ABŞ-də “dəhşət evi” üzə çıxdı: 21 uşağa qarşı zorakılıq ittihamı
ABŞ-nin Los-Anceles dairəsində surroqat analardan dünyaya gələn uşaqlara qarşı amansız rəftar etməkdə şübhəli bilinən cütlük saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Associated Press” dairə prokurorluğuna istinadən məlumat yayıb. 66 yaşlı Quotszyun Syuan və onun 39 yaşlı həyat yoldaşı Silviya Çjan uşaqlarla amansız rəftarın bir neçə epizodunda, zorakılıq törətmək məqsədilə əlbir olmaqda, cinayət əməllərini gizlətməkdə […]
