1 min read

İranda 47 müəllim həbsdə və ya sürgündədir

İranda 47 müəllim həbsdə və ya saxlanılır İranda hazırda və ya əvvəllər müəllim kimi fəaliyyət göstərmiş ən azı 47 nəfər həbsdədir, saxlanılır və ya sürgün cəzası çəkir. Bu barədə HRANA – İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin Ümumdünya Müəllimlər Günü ilə bağlı hazırladığı hesabatda məlumat verilib. Məlumata görə, həmin şəxslərdən 13-ü həbs cəzası çəkir, 32-si saxlanılır, […]

2 mins read

“Der Spiegel” və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

“Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında […]

1 min read

Azərbaycan Kubokunun 2026/27 mövsümünə iki oyunla start veriləcək

Futbol üzrə Azərbaycan Kubokunun 2026/27 mövsümünə bu gün start veriləcək. Canlixeber.com xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçiriləcək. “Şəki” “Qaradağ Lökbatan”ın, “Ağstafa Gəncləri” “Şəmkir”in qonağı olacaq. Azərbaycan Kuboku I təsnifat mərhələsi 7 oktyabr 14:30. “Qaradağ Lökbatan” – “Şəki” Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov. Hakim-inspektor: Zöhrab Qədiyev. […]

1 min read

Ağdamda Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyi və Ağdam Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

4 mins read

Elçin Əmirbəyov: “Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır”

Finlandiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyanın yüksəksəviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirib. Canlixeber.com xəbər verir ki, Elçin Əmirbəyov Finlandiya Prezident Administrasiyasının xarici siyasət və təhlükəsizlik məsələləri departamentinin rəhbəri Aliisa Tornberq, sülh vasitəçiliyi departamentinin rəhbəri Ville Brummer, baş nazirin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Marja […]

1 min read

DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”

“2026-cı ilin 1 oktyabrınadək 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanaraq götürülüb”. Canlixeber.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da deyib. O bildirib ki, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə […]

1 min read

Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı

“Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir”. Canlixeber.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 4004 nəfəri Birinci Qarabağ, 6-sı isə İkinci Qarabağ müharibəsində […]

1 min read

Prezident: “Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır”

“Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır”. Canlixeber.com xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı […]

1 min read

Prezident İlham Əliyev: “İtkin düşmüş heç bir vətəndaşımız unudulmur”

“Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Prezident İlham Əliyev qeyd edib […]

1 min read

Prezident: “Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb”

“Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb”. Canlixeber.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “Bu gün Əsir […]