October 2026
Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində qeydə alınıb. E.Xanquliyevin idarə etdiyi “Ford Transit” markalı 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyada Y.Dadaşovanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Temperatur 10 dərəcə enəcək, leysan olacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz […]
DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb. Ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla […]
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rövşən oğlu Rzayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırmalar aparılır.
Xəzərin dibi ilə çəkilən xətt nə vaxt istifadəyə veriləcək? – Nazir açıqladı
“Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkilən (Trans-Xəzər fiber-optik xəttinin) bir aydan az müddətdə – 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur”. Canlixeber.com xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – CAMCA Regional Forumunda deyib O bildirib […]
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. Canlixeber.com xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün gecənin əsas qarşılaşmasında Azərbaycan millisi Bakıda Lixtenşteyn millisini qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu Bakı vaxtı ilə saat 20:00-da “CBC Sport” TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmasında isə Danimarka millisi öz meydanında Portuqaliya ilə matça çıxacaq. Bakı […]
“TikTok” Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı […]
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanı təcavüzkarlara satan qadın saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tribune.com məlumat verib. Bir neçə gün əvvəl polis təcavüzdə şübhəli bilinən üç nəfəri saxlayaraq, cinayət zamanı istifadə edilən avtomobillərini müsadirə etmişdi. Zərərçəkmişin Lahora işlə bağlı gəldiyi bildirilir. Saxlanılan Maskan adlı qadının vəkili iddia […]
Reyhanlı terrorunun suriyalı iştirakçısı Avropaya qaçarkən ələ keçirildi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində 2013-cü ildə Reyhanlıda 53 nəfərin öldüyü terror hücumunun suriyalı iştirakçısı Ömər əl-Hatib dəniz yolu ilə Avropaya qaçmaq istəyərkən ələ keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, qırmızı bülletenlə axtarışda olan şəxs Hatay bölgəsinin Reyhanlı rayonunda terror aktının planlaşdırılması […]
Meteor yağışı olacaq
“Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir”. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla […]
