October 2026
Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal və Qaradağ rayonlarında bir sıra transformator məntəqələrində […]
Leysan, sel, daşqın olacaq – Əhaliyə xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi həssas yerlərdə lokal subasma, dağ çaylarında isə qısamüddətli sel və daşqın baş verəcəyi, […]
Güclü külək əsəcək – XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-3-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq […]
Temperatur 10 dərəcə enəcək, leysan olacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz […]
Bu gün hava necə olacaq?
Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüzdən […]
KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən kiberməkanda qanunazid fəaliyyətin, o cümlədən internet informasiya resurslarından istifadə edilməklə qanunsuz onlayn qumar oyunlarının təşkili və bu fəaliyyət nəticəsində əldə olunan pul vəsaitlərinin dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, […]
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub. […]
Azərbaycanda güclü zəlzələ oldu
Zaqatalada zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, 4.1 bal gücündə yeraltı təkan saat 14:51-də Zaqatalada zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı – Aralarında baş həkimlər də var
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. Canlixeber.com “Teleqraf”a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub. Məlumata əsasən, TƏBİB tərəfindən aparılan araşdırma zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq […]
Azərbaycanda iki kredit təşkilatı bağlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT) lisenziyalarını ləğv edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” MMC BOKT-un təqdim etdiyi ərizədən irəli gələrək, AMB-nin İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə, 28 […]
