1 min read

Bəzi yerlərə leysan yağır, güclü külək əsir – FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava haqqında məlumat açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 18, Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə […]

8 mins read

Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların fotosunu “TikTok”da gördüm…” – TƏFƏRRÜAT

Adam öldürməkdə təqsirləndirilən 2010-cu il təvəllüdlü F.Paşazadənin barəsindəki cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama əsasən, yetkinlik yaşına çatmayan F.Paşazadə 2026-cı ilin aprelində saat 02:05 radələrində bacısı S.P. (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olan 2007-ci […]

1 min read

Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü

Göyçay rayonunda üçaylıq körpə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb. Bu zaman qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilər QAZSIZ QALDI

Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 07.09.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci köndələn, Pəhlivan Fərzəliyev küçələrinin qaz təchizatı qısamüddətli dayandırılıb.

1 min read

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

İkiqat Azərbaycan çempionu VƏFAT ETDİ

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, “Kəpəz” klubunun yetirməsi olan futbolçu komandının heyətində iki dəfə ölkə çempionu olub, eləcə də ölkə Kubokunu qazanıb. M.Hacıyevin ölüm səbəbi barədə məlumat verilməyib. O, karyerası ərzində “Turan Tovuz” və “Qarabağ”ın da formasını geyinib. Veteran futbolçu, həmçinin 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedicilərinin, 2013-2014 mövsümündə isə […]

1 min read

ABŞ-də ayı evə girərək əlil arabasındakı kişini parçalayıb

ABŞ-nin Nyu-Meksiko ştatında ayı yaşlı kişinin evinə girərək ona hücum edib. Canlixeber.com “People” nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı kişi hadisə zamanı evdə tək olub. Onun ögey oğlu isə poçta gedibmiş. Məlumata görə, yaşlı kişi yaxın vaxtlarda insult keçirib, həyat yoldaşını itirib və əlil arabasından istifadə edib. Ögey oğlu evə qayıdarkən qapının yarıaçıq olduğunu […]

1 min read

Ağstafada 25 yaşlı gənc bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi olub. Canlixeber.com xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda H.Sadıqovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Faktla polis əməkdaşları tərəfindən araşdırma aparılır.

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sentyabrın 7-də paytaxtın Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, […]