September 2026
Qanunsuz çıxarılmış neçə nəfər əvvəlki işlərinə bərpa edilib?
İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki işlərinə bərpa etdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Görülən tədbirlər […]
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi – SƏRƏNCAM
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub.
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT
Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin növbəti Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.
Məhkumun basdırdığı silah aşkar edilib
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq […]
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb. Onun üzərindən 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma […]
Şabranda həyətində narkotik tərkibli kol yetişdirən şəxs saxlanılıb
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, […]
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi
“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. Canlixeber.com xəbər verir ki, ilk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun icra olunub. Əməliyyatdan əvvəl təhlükəsizlik perimetri təmin edilib, xəbərdarlıq siqnalları verilib və ərazidə zəruri […]
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi – 21 yaşlı gənc SAXLANILDI
Tərtər rayonunda güllələnmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahla güllələnib. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.
Ağstafada toyda DAVA: 48 yaşlı kişi bıçaqlandı
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Calnlixeber.com xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Həsənsu kəndi ərazisində toy məclisində qeydə alınıb. Rayonun Vurğun qəsəbəsində qeydiyyatda olsa da, Həsənsu kəndində yaşayan 1978-ci il təvəllüdlü Elçin Ratif oğlu Kərimov tanışı, kənd sakini, 1983-cü il təvəllüdlü Şanan İsmayıl oğlu İsmayılov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. Polis […]
Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var
Gəncə şəhərində zəncirvari qəza olub. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. KIA, VAZ-2107 və “Ford Fusion” markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdü Ülviyyə Rəsulova, 1995-ci il təvəllüdlü İlham Ələkbərov və 2008-ci il təvəllüdlü Mayıl Muradov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
