September 2026
Bakıda leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə […]
Bu gün hava necə olacaq?
Sentyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı […]
Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib. Canlixeber.com xəbər verir ki, dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və birgə layihələrlə tanış olublar. Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin […]
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Canlixeber.com xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, […]
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
Futbol üzrə Azərbaycan qadın millisinin üzvü Nərgiz Əliyeva yeni mövsümdə “Sabah”ın heyətində çıxış edəcək. Canlixeber.com xəbər verir ki, 24 yaşlı qapıçı Azərbaycan Yüksək Qızlar Liqasında mübarizə aparan Bakı təmsilçisi ilə 2026/27 mövsümünw əhatə edən müqavilə imzalayıb. Bu barədə Azərbaycan milli komandasının mətbuat xidməti məlumat yayıb. Nərgiz Əliyeva ötən mövsümün bir hissəsini Türkiyənin “Giresun Sanayispor” klubunda […]
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan–Şahbuz magistralında baş verib. Qəza zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı […]
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də […]
Dünya Qadın Seriyası: “Neftçi SOCAR” yarımfinala yüksəlib
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gəlib. Rəqibini 21:18 hesabı ilə üstələyən “ağ-qaralar” yarımfinala yüksəlib. Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı […]
Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Bakı Regional Mərkəzinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata […]
“Xankəndi” klubunda məşqçi təyinatı gerçəkləşib
Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” komandasında məşqçi təyinatı gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. UEFA B kateqoriyalı məşqçi Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
