September 2026
BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı – Sürücü xəsarət aldı
Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayonu, Səngəçal qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, BYD markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə metal arakəsmələrə, sonra işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobil tamamilə yararsız hala düşüb. Bildirilib ki, hadisə bu gün səhər saat 07:00-da Bakı-Qazax yolunun 39-cu kilometrliyində qeydə alınıb. “Nicat Nizami oğlu Sadıqov […]
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik məktubu göndərib. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Xoş ənənələr üzərində qurulan Azərbaycan-Şimali Makedoniya dövlətlərarası əlaqələrinin və tərəfdaşlığının möhkəmlənməsi və ildən-ilə yeni məzmunla […]
Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq
Bu gün Masallının bəzi kəndlərində qaz təchizatı dayandırılacaq. Canlixeber.com zəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar işlər yekunlaşanadək Masallı rayonunun Çaxırlı, Binə Xocavar, Şərəfə və Ağakişibəyli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azərbaycan XİN Şimali Makedoniya və Andorranı Milli Gün münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyanı Milli Gün münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Şimali Makedoniya Respublikasının xalqını və Hökumətini Milli Gün münasibətilə səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək”, – paylaşımda qeyd olunub. Nazirlik, həmçinin Andorranı Milli Gün münasibətilə təbrik edib. Təbrikdə deyilir: Andorra xalqını və […]
“Sabah” basketbolçusu Castin Tillmanla vidalaşıb
“Sabah” klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Xatırladaq ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində “Sabah”ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, “Sabah”la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.
Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib
Gürcüstan 61 xarici vətəndaşı deportasiya edib. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşlarıdır. Deportasiya olunan şəxslərin Gürcüstana girişinə mövcud qanunvericiliyə uyğun olaraq qadağa qoyulub. Nazirlik bildirir ki, cari ilin […]
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb
Güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq […]
“Səbail” Fransa III Liqasından futbolçu transfer edib
“Səbail” heyətinə Fransa III Liqasından futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Azərbaycan I Liqası təmsilçisi Sofian Boudraa ilə anlaşıb. 23 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, oyunçu son olaraq Fransa III Liqasında “Aubagne Air Bel” klubunda çıxış edib.
Zabratda güclü külək avtomobil körpüsünün məhəccərlərini dəmir yolunun üstünə salıb
Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata görə, buna səbəb “Zabrat-2” stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub. ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.
Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb – FAKTİKİ HAVA
Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133%-ni təşkil edir. Respublikanın […]
