September 2026
Leyla Əhmədova HƏBS OLUNDU
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.
Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib
Hərbi çağırışçılarla bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 […]
Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ
Ağdaş Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Veyis Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, filologiya elmləri namizədi, alim-pedaqoq V.Məmmədovun 80 yaşı vardı. O, Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından olub və 1992-93-cü illərdə Ağdaş Rayon İcra Hakimiyyətinə rəhbərlik edib.
Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi
Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda cinayət işinin sənədləri tədqiq olunduqdan sonra məhkəmə araşdırmasının yekunlaşdığı elan edilib. Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 19 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib. […]
Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB
“Star-M”, “ŞANS” və “ZAMİQ” MTK-nın dələduzluqda ittiham olunan rəhbəri olmuş Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən Məhərrəm Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla “Star-M”, “ŞANS” və “ZAMİQ” […]
“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski komandadan ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi ilə Polşanın “Vyeçista” klubu arasında aparılan danışıqlar uğurla yekunlaşıb və futbolçunun istəyi nəzərə alınaraq müsbət qərar qəbul edilib. Xatırladaq ki, 2024-cü ilin yayında “Qarabağ”a keçən Koxalski Ağdam klubunun heyətində 76 oyuna çıxıb. Polşalı qapıçı […]
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər: Media və Yayım Şurasının sədri İsmayılov Əhməd Məhəmməd oğlu Media və Yayım Şurasının üzvləri Abdullayev Məhəmməd İzzət oğlu Bəşirli […]
Bərdə rayonunun böyük bir hissəsi SUSUZ QALDI
Bərdə rayonunda bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti məlumat verib. Qeyd olunub ki, rayonda yağan yağış və güclü külək nəticəsində Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən […]
Baş nazir Ruslan Əlixanovu vəzifəsindən azad etdi
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qərar qəbul olunub. Bildirilib ki, AİH-in baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub. […]
Türkiyədə dəbdəbəli toy edən “Vanlı Kara Haydar” saxlanıldı: Məclisdə taxılan qızıllar araşdırılır
Türkiyədə sosial şəbəkələrdə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb. Canlixeber.com bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Mehmet Fatih Tançalan gecə saatlarında saxlanılıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, […]
