1 min read

“Nizami” – “28 May” arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?

Avqustun 15-dən Bakı metropoliteninin “Nizami” və “28” May” stansiyaları arasında fəaliyyət göstərəcək ekspress və digər sərnişin avtobuslarında gediş haqları hələlik müəyyən edilməyib. Canlixeber.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bununla bağlı hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır: “Nəqliyyatın yükü […]

1 min read

Avqustun 13-də meteor yağışı olacaq

Avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq. Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. “2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq […]

1 min read

Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb

Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq. Qeyd edilib ki, 4 nömrəli “Abituriyent jurnalı” yaxın günlərdə nəşr ediləcək.

1 min read

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır

“Bakı Metropliteni” QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metropoliteninin gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir.

1 min read

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.

1 min read

Yeni təmayül tədris modeli üzrə müəllimlərin seçiminə başlanılıb

Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. İlkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər dəvət olunur və Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili müəllimlərinin müsahibələri keçirilir. Müsahibələr […]

5 mins read

Tanışını borca görə bıçaqlayan şəxs: “Boynunu üzəcəyəm” deyirdi”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Rəfael Güləliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəfael Güləliyevə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. İttihama görə, hadisə 2026-cı il martın 19-da saat 19 […]

1 min read

Gürcüstandan azərbaycanlı da daxil olmaqla 55 əcnəbi ölkədən çıxarılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 55 əcnəbini ölkədən deportasiya ediblər. Canlixeber.com xəbər verir ki, tədbirlər ölkə DİN-in digər aidiyyəti dövlət qurumları ilə koordinasiya şəraitində həyata keçirilib. Miqrasiya Departamentinin məlumatına görə, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və […]