August 2026
İlham Əliyevdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM
bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, B.Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən şəxs Fərhad Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 2025-ci ildə […]
Reputasiya böhranından çıxış yolu: Etibarı yenidən qazanmaq mümkündürmü?
Rəqəmsal dövrdə bir şirkətin reputasiyası təkcə təqdim etdiyi məhsul və ya xidmətin keyfiyyəti ilə deyil, həm də cəmiyyət qarşısında nümayiş etdirdiyi məsuliyyət, şəffaflıq və müştərilərlə qurduğu ünsiyyətlə müəyyənləşir. Sosial şəbəkələrin və onlayn platformaların geniş yayılması istehlakçıların səsini daha güclü edib, şirkətlər haqqında formalaşan ictimai rəy isə əvvəlkindən daha sürətlə dəyişir. Belə şəraitdə müştəri etimadını qazanmaq, […]
Sosial şəbəkələr peşəkar jurnalistikaya necə təsir edir?
İnformasiyanın saniyələr ərzində milyonlarla insana çatdığı müasir dövrdə sosial şəbəkələr xəbərin istehsalı və yayılması prosesini köklü şəkildə dəyişib. Artıq hadisələrin ilk görüntüləri və məlumatları çox vaxt peşəkar media qurumlarından əvvəl sosial platformalarda paylaşılır. Bu isə ənənəvi jurnalistikanın fəaliyyət prinsiplərinə, xəbərin yoxlanılması prosesinə, auditoriya ilə münasibətlərə və media etibarına yeni çağırışlar yaradır. Bir tərəfdən sosial şəbəkələr […]
İsmayıllıda yeddi yaşlı uşaq öldü
İsmayıllı rayonunda yeddi yaşlı uşaq qıcolmadan ölüb. Canlixeber.com xəbər verir ki, rayonun İsmayıllı kənd sakini 2019-cu il təvəllüdlü N.Rəhimov yaşadığı evdə qəfil epilepsiya keçirib. O, ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən yolda qıcolmadan ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə növbəti buğda yükü göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 979 ton olan buğda 6 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton […]
Səlim Müslümovun milyonluq əmlakı 50% endirimlə satıldı
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan iki mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, hərrac vasitəsilə satışa çıxarılan mənzillərdən biri satılıb. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370.4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci […]
3 bağça BŞTİ-nin tabeliyinə verilib
Daxili İşlər Nazirliyinin tabeliyindəki 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib. Canlixeber.com xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Qeyd edilib ki, bunlar Nəsimi rayonundakı 355, 357 və Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçalarıdır. Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, qeyd olunan bağçalarda qrupların komplektləşdirilməsinə dəstək […]
Son 3 ildə tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb – TKTA
Son üç il ərzində tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması məqsədilə saxta diplom təqdim edən 38 nəfər barədə məlumatlar aidiyyəti dövlət qurumuna göndərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin II rübü üzrə elektron bülletenində məlumat verilib. Bildirilib ki, 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək olan dövrdə 53 […]
İncəsənət məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək, 1350 namizəd qeydiyyatdan keçib
Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin […]
