2 mins read

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödəyib

Mühacirətdə yaşayan jurnalist Qənimət Zahid sabiq deputat Çingiz Qənizadəyə məhkəmə qərarı əsasında təzminat ödəyib. Canlixeber.com Bakıgundem.com’a istinadla xəbər verir ki, məsələ Qənimət Zahidin 2019-cu ildə “YouTube” platformasında yayımladığı videolarda Çingiz Qənizadə barədə səsləndirdiyi iddialarla bağlı olub. Sözügedən videolarda sabiq deputat Rusiyada qətlə yetirilən azərbaycanlı iş adamı Ruslan Hüseynovun ölümündə təşkilatçı və ya iştirakçı kimi təqdim […]

1 min read

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları […]

1 min read

Bakıda 40 yaşlı kirayənişin balkondan yıxılıb öldü

Bakıda 40 yaşlı kişi eyvandan yıxılıb ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da gecə saat bir radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov ehtiyatsızlıqdan kirayə yaşadığı evin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

İlham Əliyev iki daimi nümayəndəni geri çağırdı, birinə yeni vəzifə verdi

Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, Elman Telman oğlu Abdullayev isə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

8 mins read

“Gənclərin milli ədəbiyyatımıza marağının azaldığını düşünmürəm” – İbrahim İlyaslı ilə müsahibə

Kitab oxumaq cəmiyyətin intellektual inkişafının əsas göstəricilərindən biri hesab olunsa da, son illər gənclərin, xüsusilə də müasir Azərbaycan ədəbiyyatına marağının azalması ilə bağlı fikirlər daha tez-tez səsləndirilir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi, dəyişən oxu vərdişləri və asudə vaxtın fərqli şəkildə keçirilməsi bu tendensiyanın əsas səbəbləri kimi göstərilir. Bununla yanaşı, […]

1 min read

“Qarabağ” – “Dinamo Kiyev” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo Kiyev” klubu ilə qarşılaşacaq. Canlixeber.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb. Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edir. […]

1 min read

Bakıda ofisdən maklerin meyiti tapıldı

Bakıda ofisdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 5-də saat 16 radələrində paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı

Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, AQTA əməkdaşları vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov (A.Heydərov küçəsi, 102G ünvanında yerləşən, fiziki şəxs Əminə Hacıağa qızı Hacıağayevaya məxsus ictimai iaşə obyekti) və Səbail (İ.Əfəndiyev küçəsi, ev 10 ünvanında […]

1 min read

“Qarabağ”ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Konfrans Liqasında III mərhələsinin oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu mərhələdə Ukraynanın “Dinamo Kiyev” klubunun qonağı olacaq. İzləyicilər “Dinamo Kiyev” – “Qarabağ” oyununu “CBC Sport”da izləyə biləcəklər. Xatırladaq ki, “köhlən atlar” iki oyunun nəticəsinə əsasən “Dinamo Kiyev”i üstələyəcəyi təqdirdə UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – DAC 1904 […]

1 min read

Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb. Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən olunub. Əməliyyat […]