1 min read

Bənizə 10 il 3 ay həbs cəzası verildi

Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) məhkəmə araşdırması başa çatıb. Canlixeber.com xəbər Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Fəxri Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə hədə-qorxu ilə tələb etmə və xuliqanlıq maddəsi ilə verilmiş ittiham məhkəmə […]

1 min read

“Azəristiliktəchizat” vətəndaşlara müraciət edib

“Azəristiliktəchizat” ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar vətəndaşlara müraciət edib. Canlixeber.com xəbər verir ki, səhmdar cəmiyyəti bəyan edib ki, hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirilir. Qurum bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik […]

1 min read

Beyləqanda kanalda bir nəfər batıb

Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

1 min read

İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

İmişli rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Rəsullu kəndində qeydə alınıb. Kənd sakini, 2021-ci il təvəllüdlü Ö.Xəlilovun idarə etdiyi velosiped hərəkətdə olan zaman traktora çırpılıb. Nəticədə azyaşlı traktorun altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Cəlilabadda avtomobil qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb. Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; – Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü […]

2 mins read

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Bu gün ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq. Bakının Xətai Rayon Enerji Təchizatı […]

1 min read

Bəzi ərazilərdə işıq olmayacaq

Biləsuvarın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinə daxil olan Köhnəkənd, Muğan, Yuxarı Ağalı kəndləri və Biləsuvar şəhərinin bəzi hissələrində saat 10:00-dan 12:00-dək, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərində saat 11:00-dan 13:00-dək, eləcə də şəhər ərazisində bir sıra […]

1 min read

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Paytaxtda Həsən Əliyev küçəsi – metronun “Koroğlu” stansiyası istiqamətində yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və […]

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 7-də, saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli, M.İbrahimov küçələrinin və Bakıxanov qəsəbəsinin M.Əmirov, R.Qəmbərov, R.Axundov, S.Qocayev, K.Kamilov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil […]