1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-28 dərəcə isti olacaq.

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm […]

1 min read

Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib. Canlixeber.com xəbər verir ki, o, FHN-nin Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan […]

1 min read

Kurban Berdıyev Rusiyaya qayıdır?

“Turan Tovuz”un baş məşqçisi, təcrübəli mütəxəssis Kurban Berdıyev karyerasını yenidən Rusiyada davam etdirə bilər. Canlixeber.com xəbər verir ki, bu barədə tanınmış rusiyalı futbol agenti Timur Qurtskaya bildirib. Belə ki, təcrübəli çalışdırıcının adı Moskva “Lokomotiv”i ilə hallanmaqdadır. Paytaxt təmsilçisinin hazırkı baş məşqçisi Mixail Qalaktionovun mümkün istefası barədə fikirlərini bölüşən Qurtskaya “Lokomotiv” rəhbərliyinin məhz Berdıyev variantı üzərində […]

7 mins read

Biznes qurmaq adı ilə iş adamlarını aldadan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Yusiflinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilib. Qeyd edək ki, Emin Yusifli etibardan sui-istifadə etmə […]

1 min read

“Sabah” – “Orhus” oyununun bütün biletləri satıldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda keçiriləcək “Sabah” – “Orhus” matçına bütün biletlər satılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidmətindən məlumat verilib. Klub azarkeşlərə müraciət edərək stadionun girişində sıxlığın yaranmaması və tribunaya rahat keçidin təmin olunması üçün arenaya oyunun başlamasına ən azı 2 saat qalmış gəlməyi tövsiyə edib. Qeyd edək […]

1 min read

Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər

Suriya məhkəməsi tərəfindən devrilmiş lider Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və əmisi oğlu Nəcib Atif edam cəzasına məhkum ediliblər. Canlixeber.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, verilmiş ölüm hökmü 2011-ci ildə Suriyada xalq üsyanının ilk dəfə başladığı Dəra bölgəsində nümayişçilərə qarşı edilən müdaxilələr və mülki şəxslərə qarşı törədilən cinayətlərlə […]

1 min read

İrandan Rusiyaya bibərlərin arasında narkotik aparmaq istədilər

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü […]