Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər
1 min read

Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər

Suriya məhkəməsi tərəfindən devrilmiş lider Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və əmisi oğlu Nəcib Atif edam cəzasına məhkum ediliblər.

Canlixeber.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, verilmiş ölüm hökmü 2011-ci ildə Suriyada xalq üsyanının ilk dəfə başladığı Dəra bölgəsində nümayişçilərə qarşı edilən müdaxilələr və mülki şəxslərə qarşı törədilən cinayətlərlə əlaqədar açılmış cinayət işi çərçivəsində qəbul olunub.