1 min read

Sabirabadda baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Azərbaycan güləşçiləri dünya çempionatını doqquz medalla başa vurdular

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının sonuncu yarış günündə 70, 74, 97 və 125 kq çəki dərəcələrində medalçılar müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşıb. Rəqibinə 3:7 hesabı ilə məğlub olan Hacı gümüş medal […]

1 min read

Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var

Naxçıvanda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobillə “Ssang Yong” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, […]

1 min read

İsmayıllıda iki avtomobil toqquşdu: Dörd nəfər yaralandı

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb. Belə ki, “Niva” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüblər. Hadisənin səbəbləri araşdırılır.

2 mins read

Bu gün bəzi rayonlarda İŞIQ OLMAYACAQ

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 24-də bir sıra rayonlarda və paytaxtda elektrik şəbəkələrində təmir işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidmət ərazisində saat 10:00-dan 14:00-dək 10 kV-luq elektrik xəttinə toxunan ağacların budanması ilə əlaqədar İrəvanlı […]

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]

1 min read

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

Hazal Kayanın “Uzak şehir” serialından imtina edib. Canlixeber.com xəbər verir ki, buna səbəb onun xaricə köçmək və övladlarına daha çox vaxt ayırmaq istəməsidir. Serialda onun yerinə başqa qadın aktrisanın çəkilməsi üçün axtarış aparılır. Qeyd edək ki, serialın baş rolunu Sinem Ünsalla Ozan Akbaba paylaşır.

1 min read

Evdə köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 uşaq xilas edilib.

1 min read

“Sabah” – “Hapoel” matçının hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab oyununun hakimləri bəlli olub. Canlixeber.com xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR […]

1 min read

“Fənərbağça” başından xəsarət alan Kerem Aktürkoğlunun durumunu açıqlayıb

Türkiyənin “Fənərbağça” klubu Superliqanın II turunda “Konyaspor”la oyunda xəsarət alan Kerem Aktürkoğlunun durumunu açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Başından xasarət alan 27 yaşlı vinger nəzarət və ehtiyat tədbirləri üçün xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib. Oyunçunun tomoqrafiyasında problem aşkarlanmayıb. O, bu gün də nəzarətdə saxlanılacaq və sabah […]