Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin olunub.
Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb. O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.
