July 2026
İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və […]
Ağcabədidə narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub
Laçında çətənə bitkiləri aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupu məlumat yayıb. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq […]
Qanunsuz saxlanılan silahlar aşkarlandı
İyulun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng və 250 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
852 ədəd çətənə kolu məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 20-də ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,3 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın heroin və 1,4 kiloqramdan artıq tiryək olub. Həmçinin tədbirlərlə yabanı halda bitmiş 852 […]
Nazirlik zirzəmisində ölü döl tapıldığı iddia edilən xəstəxana ilə bağlı məsələyə münasibət bildirib
“Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir”. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. “Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, – açıqlamada qeyd olunub. Qeyd edək ki, “Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.
DİN Salyanda baş verən qəza ilə bağlı məlumat yaydı
DİN-in Baş Dövlət yol Polisi İdarəsi dünən Salyanda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb. Canlixeber.com xəbər verir ki, iyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub. […]
Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb
Ağstafa rayonunda 78 yaşlı kişi yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün rayonun Həsənsu kəndində baş verib. Məlumata görə, 1948-ci il təvəllüdlü Miryusif Hacıyev yaşadığı evdə yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Kanada bankında direktor müavini olan azərbaycanlı gənc FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Kanadanın Toronto şəhərində yaşayan gənc soydaşımız vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, “RBC Bank”da səhm qiymətləndirilmə üzrə direktor müavini vəzifəsində çalışıb. Cavid Babazadənin çoxmərtəbəli binadan yıxılması nəticəsində həyatını itirdiyi bildirilir.
Beş ayda ölənlərin sayı AÇIQLANDI
2026-cı ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 nəfər çoxdur. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, hər 1000 nəfərinə bu göstərici 5.9-dan 6-ya qədər artıb. Ötən ilin yanvar-may aylarında ölkədə 25 148 ölüm halı qeydə […]
