Azərbaycanda əhalinin sayı artıb
Azərbaycanda əhalinin sayı artıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2026-cı il iyunun 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 9 287 nəfər və ya 0.1% artaraq 10 milyon 271 min 638 nəfərə çatıb.
Məlumata əsasən, əhalinin 54.3%-i şəhərlərdə, 45.7%-i isə kənd yerlərində yaşayır.
Ölkə əhalisinin 49.8%-ni kişilər, 50.2%-ni isə qadınlar təşkil edir.
