July 2026
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə A. Məmmədov küçəsində baş verib. “Mercedes” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri alan Seyfəddin Mustafazadə, Turan Qiyasova və Rəhman Əhmədov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır
Samuxda çobanın meyiti aşkarlandı
Samuxda sahədə çobanın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kəndlərdən birində qeydə alınıb. Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun yataqlardan birində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əmıkdaşları cəlb olunub. 57 yaşlı şəxsin çobanlıqla məşğul olduğu ehtimal edilir. Faktla bağlı araşdırma başlanılıb.
Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var
Bakının Qaradağ rayonu ərazisində güclü toz dumanı müşahidə olunur. Canlixeber.com xəbər verir ki, əsasən, Qobustan qəsəbəsindən paytaxt istiqamətində tozlu külək səbəbindən yollarda görünüş məsafəsi azalıb. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyini proqnozlaşdırmışdı.
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27,cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq. Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı […]
Bu gün hava necə olacaq?
İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. […]
“Qəbələ” legionerini yarım milyon manata satdı
Ötən mövsüm “Qəbələ”nin şərəfini qorumuş Prins Ovusu karyerasını Slovakiyada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, 20 yaşlı hücumçu-vinger 2 il əvvəl avrokuboklarda “Zirə”nin rəqibi olmuş “Dunayska Streda” (DAC 1904) ilə müqavilə bağlayıb. Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan Prinsin Slovakiyaya üz tutması “Qəbələ”yə kifayət qədər ciddi məbləğ qazandırıb – 250 min avro, […]
Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı
Cəlilabad şəhərində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ev içərisindəki əşyalar və […]
Azərbaycan avarçəkənləri Varezedə keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatında mübarizə aparacaq. Canlixeber.com xəbər verir ki, buu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib. Qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar. Qeyd edək ki, iyulun 31-dən avqustun 2-nə […]
“Xankəndi” yeni futbolçu transfer etdi
“Xankəndi” futbol komandası heyətini 27 yaşlı İbrahim Qədirzadə ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub son olaraq “Karvan-Yevlax”da çıxış edən futbolçu ilə mövsümün sonunadək müqavilə bağlandığını açıqlayıb. Qədirzadənin əsas mövqeyi dayaq yarımmüdafiəsidir. Qədirzadə 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində bütün turnirlərdə 16 rəsmi oyunda meydana çıxıb və 517 dəqiqə oynayıb. Klub iki gün əvvəl müqaviləsi başa çatdığı […]
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında mübarizə başa çatıb
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında mübarizə başa çatıb. Canlı xəbər.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə oğlanlar və qızlar ümumilikdə 8 çəki dərəcəsində qüvvəsini sınayıb. Qızlar 38 kq 1. Səma Abdullazadə 2. Rüqəyya Səftərli 40 kq 1. Mehparə Həsrətzadə 2. Gülşən İmanova 3. Gülay […]
