June 2026
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib. Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb. Faktla bağlı araşdırma aparılır.
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Fırıldaqçılığa görə axtarışda olan 4 nəfər saxlanıldı
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk edən və itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb Bildirilib ki, fırıldaqçılığa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təqdim olunub.
Cəlilabadda ev təmamilə yanıb
Cəlilabad rayonunda ev yanıb. Canlixebər.com xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 45 yaşlı Eldəniz Bağırova məxsus 100 kvadratmetr olan birmərtəbəli evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanıb. Hadisə nəticəsində xəsarət […]
“Qarabağ”dan ayrılan Leandro Andradenin yeni klubu açıqlandı
“Qarabağ”dan ayrılacağı gözlənilən Leandro Andradenin yeni klubu müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə TaToTake nəşri məlumat yayıb. Məlumata görə, 25 yaşlı vinger artıq tibbi müayinədən keçib, “Polissya” ilə 3 illik müqavilə imzalayıb. Andrade yeni komandasında ilk məşqinə də çıxıb. Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində bütün […]
“Qarabağ” bu gün Avstriyada “Tirol” klubu ilə üz-üzə gələcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gələcək. “In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Xatırladaq ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır. “Baş Dövlət […]
Azərbaycanın bəzi yerlərində leysan yağır – FAKTİKİ HAVA
İyunun 27-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanın 30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir, Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), […]
Ölkə ərazisində qanunsuz saxlanılan silahlar aşkarlanı
İyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər […]
Paytaxt və bölgələrdə 12.1 ton çətənə kolu məhv edilib
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 12,1 ton çəkidə 41622 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Canlixeber.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmçinin ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb Bu istiqamətdə tədbirlər davam etdirilir.
