June 2026
Xarici ölkələrə səyahət zamanı viza alarkən nələrə diqqət etməli?- Ekspert açıqladı
“Beynəlxalq səyahətlərə marağın artması, təhsil, turizm, biznes və ailə ziyarəti məqsədilə xarici ölkələrə edilən müraciətlərin çoxalması fonunda viza xidmətlərinə olan tələbat da əhəmiyyətli dərəcədə yüksəlib. Bununla yanaşı, son illər viza sahəsində dələduzluq halları da geniş yayılmağa başlayıb. Viza prosedurları barədə kifayət qədər məlumatı olmayan və ya müraciət prosesini asanlaşdırmaq istəyən şəxslər bəzən peşəkar xidmət adı […]
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. “Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 29.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, – […]
Şəmkirdə evdən qadın meyiti tapılıb
Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil. Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bakının bəzi hissələrində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq. “Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan […]
Bu gün çimərliklərdə hava küləkli olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 21-22 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti […]
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib. Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Ibrahim oğlu Qurbanlı idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobildə sərnişin […]
Test imtahanından uğurla keçən hakimliyə namizədlərin siyahısı açıqlandı
Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb. 2026-cı ilin 28 iyun tarixində 337 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə […]
Zelenski Hikmət Cavadı ordenlə təltif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadı təltif edib. Canlixeber.com xəbər verir ki, prezidentin imzaladığı 532/2026 nömrəli Fərmana əsasən, Hikmət Cavad Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsindəki əhəmiyyətli xidmətlərinə, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdiyi cəsarət və fədakarlığa, ictimai həyatın müxtəlif sahələrinin inkişafına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də peşə borcunu vicdanla […]
Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər
Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Kiyev şəhərinə səfər edəcəklər. Canlixeber.com xəbər verir ki, vu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşacaq səfər çərçivəsində bir […]
