June 2026
Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb. “Tipos Arena”da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
İyunun 3-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
İyunun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]
Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq
Bu gün paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 3 iyun tarixində saat 10:00-dan etibarən təmir işləri yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsində – Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələrində qazın verilişində qısamüddətli fasilə olacaq.
Fərid Ələsgərova Bakı Metropolitenində VƏZİFƏ VERİLDİ
“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatı olub. Canlixeber.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Belə ki, Fərid Ələsgərov QSC-nin Maliyyə departamentinin Xəzinədarlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Daşkəsəndə qaz kəsiləcək
Üç iyun saat 10:00-dan Daşkəsən şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi il əlaqədardır.
Yol polisindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Canlixeber.com müraciəti təqdim edir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava […]
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır – FƏRMAN
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılır. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib. Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin […]
İşdən çıxarılan polkovnikə cinayət işi açıldı
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin […]
Salyan və Şirvan şəhərlərinin bir hissəsində qaz kəsiləcək
Üç iyun saat 10:00-dan Sabirabad və Şirvan şəhərlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi il əlaqədardır.
