1 min read

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. […]

2 mins read

Azərbaycanlı hakim beynəlxalq elmi nüfuz göstəricisində ölkə üzrə lider oldu

Nəsimi Rayon Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Nail Abbasov beynəlxalq elmi qiymətləndirmə sistemlərində istifadə olunan H-indeks göstəricisinə görə, Azərbaycan hüquq alimləri arasında ən yüksək nəticəyə nail olub. Canlixeber.com xəbər verir ki, hazırda Nail Abbasovun H-indeksi 11-dir ki, bu da onun elmi əsərlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tədqiqatçılar tərəfindən geniş istifadə edildiyini və həmin […]

2 mins read

Xocalıda yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib

Xocalı şəhərində artan məskunlaşma nəzərə alınaraq yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) təşkil etdiyi mediaturda məlumat verilib. Bildirilib ki, şəhərin əsas su mənbəyi subartezian quyusudur. Mövcud tələbatın ödənilməsi məqsədilə daha bir quyu qazılıb, həmçinin Badara çayından şəhərə […]

2 mins read

Ombudsmanın müstəqil monitorinq mexanizmi çərçivəsində 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində monitorinq həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə monitorinq qrupu tərəfindən Elm və Təhsil Nazirliyinin Bakı şəhərində 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində monitorinq həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.Bildirilib […]

1 min read

Cəlilabadda elektirik kəsiləcək

Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3 iyun tarixində 35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 35 kV-luq “Göytəpə” hava xəttində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 12:30-dan 15:00-dək rayonun Göytəpə şəhəri, Muğan, Privolnoye, Ağdaş, Həziabad kəndlərinin bir hissəsində elektrik […]

1 min read

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Lənkəran-Boradigah- Masallı magistral yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Müxtəlif dərəcəli bədən […]

1 min read

“Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı – Klub BƏYANAT YAYDI

2025/2026-cı illər mövsümünü Premyer Liqada üçüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanan Turan-Tovuz futbol klubu UEFA-nın qərarı ilə 2026/2027 mövsümündə Avropa turnirlərindən kənarlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, UEFA İntizam Komitəsi komandanın turnirdə iştirak üçün müəyyən edilmiş meyarlara uyğunluğunu araşdırıb. Araşdırma zamanı AFFA İntizam Komitəsinin 13 dekabr […]

1 min read

Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb

Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin – 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 min read

Bakının mərkəzində 12 hektarlıq yeni park salınacaq

Bakının Nəsimi rayonunda yeni istirahət parkı salınacaq. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən satınalma elan olunub. Layihəyə əsasən, 28 May küçəsində “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə 12 hektarlıq park yaradılacaq. Satınalma parkın salınması ilə bağlı işlərin həyata keçirilməsini nəzərdə tutur. Layihənin icrası ilə əlaqədar podratçı […]