June 2026
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin […]
Bakıda cərrah vəfat etdi
Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 44 yaşında dünyasını dəyişib. Qeyd edək ki, A.Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi cərrah olaraq fəaliyyət göstərirdi.
Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü
Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib. 2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Ölkədə tək olan “Mercedes” FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı
Azərbaycanda fantastik qiymətə maşın satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, 1938-ci ildə istehsal olunmuş “Mercedes 170 V” markalı avtomobil alıcılara 650 000 manata təklif olunub. Həmin avtomobildən Azərbaycanda bir ədəd olduğu bildirilir.
Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı
Cəlilabad rayonunda bir yaşlı uşaq qaynar suda yanıb. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 30-da rayonun Alar kəndində baş verib. Kənd sakini 2025-ci il təvəllüdlü Əli Quluzadə yaşadığı evdə olarkən üzərinə qaynar su tökülüb. Azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Ötən ay 85 nəfər zəhərlənib, 2-si ölüb
2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə KTM-dən bildirilib. Qeyd edilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını […]
Qaynar su 33 yaşlı kişini xəstəxanalıq etdi
Qobustan rayonda üstünə qaynar su düşən kişi xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bədəlli kəndinndə baş verib. Kənd sakini – 33 yaşlı Orxan Yasinovun üzərinə yaşadığı evdə isti su tökülüb. O.Yasinov xəstəxanaya yerləşdirilib.
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı yeni statistika açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında əksini tapıb. Qeyd olunub ki, I Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslərlə bağlı ümumilikdə 4 003 nəfər qeydiyyata alınıb. Onlardan 3 221 nəfəri […]
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Mayın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 5 patron darağı və 79 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxs həbsdən azad olunub
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Zülfüqar Mansurov barəsində seçilmiş həbs […]
