Kəlbəcər sakini güllə yarası alıb
Kəlbəcər rayonunda 46 yaşlı şəxs güllə yarası alıb.
Canlixeber.com xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan Qafur İsmayılov ov tüfəngi ilə ehtiyatsız davaranaraq əl nahiyyəsindən güllə yarası alıb. Adıçəkilən şəxs Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb
