1 min read

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda Portuqaliya ilə qarşılaşacaq. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq. Qeyd edək ki, milli Bakıda keçirilən mərhələnin ilk oyununda Macarıstana 1:3 (19:25, 25:22, 27:229, 16:25) hesabı ilə məğlub olub.

1 min read

Yevlaxda kanalda batan 26 yaşlı kişinin meyiti tapılıb

Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 26 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, kanalın rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.

1 min read

Bəzi rayonlarda yağış yağıb, Bakıda külək əsir – FAKTİKİ HAVA

İyunun 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 21-i saat 10:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 7, Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, […]

1 min read

FHN: Ötən sutka 2 xilasetmə əməliyyatı aparılıb

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər […]

1 min read

Qəbələdə ağır qəza: 16 yaşlı piyada öldü

Qəbələdə baş verən ağır yol qəzası piyadanın ölümü ilə nəticələnib. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Rabil Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

2 mins read

“Doktor Aygün”də pozuntular aşkarlandı – Nümayəndəsi nazirliyi günahlandırdı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 97c ünvanında yerləşən “Doktor Aygün” Tibb Mərkəzində yoxlama aparılıb.  Canlixeber.com Qaynarinfo”ya istinadla xəbər verir ki, “Doktor Aygün” Tibb Mərkəzində keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar (mikrobiloji, enfeksion) işlər üzrə fəaliyyətin olması faktı aşkarlanıb.  Nəticədə klinika rəhbəri barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları […]

1 min read

Gəncədə məktəblinin meyiti tapıldı

Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

3 mins read

Bu gün şagird və abituriyentlər Azərbaycan dilindən ikinci cəhd imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə […]

1 min read

Çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 21-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.