June 2026
İşlədiyi mağazadan 10 min manat oğurlayan şəxs saxlanılıb
Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N.Qasımov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb
Xəzər rayonu ərazisində yerləşən evlərin birindən məişət əşyaları oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Hayıfzadə saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin paytaxt ərazisində daha bir ev və avtomobildən 2000 manat pul vəsaiti oğurladığı məlum olub. Araşdırmalar davam etdirilir.
DİN BNMİ 51 kiloqram narkotik vasitə və 2000 ədəd psixotrop həbi dövriyyədən çıxarıb
Paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin […]
9-cu sinif şagirdi qəfil vəfat etdi
Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi vəfat edib. Canlixeber.com liseyə istinadən xəbər verir ki, 15 yaşlı Cavad Quliyev qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir – Özünə yeni vəzifə verildi
Ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi vəzifəsindən azad edilən Səftər İsmayılov yeni təyinat alıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki,S.İsmayılova Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib. O, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində şöbə müdiri təyin edilib. Qeyd edək ki, Səftər İsmayılov 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nə […]
Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Canlixeber.com xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib. Keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş […]
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zəminə Əsədovanın (adı və soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, təqsirləndirilən şəxs tanışı, 1959-cu il təvəllüdlü Rəmzi Səfərovla (adı və soyadı şərtidir) bağlı əldə etdiyi şəxsi xarakterli […]
Bakıda sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Xocavənd rayon sakini 62 yaşlı Əliş Surxay oğlu Səfərov “Mercedes” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ […]
Naxçıvan təmsilçisi daha bir futbolçu ilə müqaviləni yenilədi
“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisindən bildirilib. Ü.İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025 mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.
