May 2026
Məşhur kardioloqa vəzifə verildi
Məşhur kardioloq Afiyəddin İsgəndərova yeni vəzifəsi məlum olub. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, Afiyəddin İsgəndərov Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Müalicə işlər üzrə direktor müavini – Baş həkimi təyin edilib. Bununla bağlı səhiyyə naziri Teymur Musayev bir müddət əvvəl müaviq əmr imzalayıb. Qeyd edək ki, ötən ilin oktyabr ayında kardioloq Afiyəddin […]
Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Canlixeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. Yolun qaya parçaları və […]
Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”u, “Qarabağ” “İmişli”ni qəbul edəcək
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək. Canlixeber.com xəbər verir ki, “Turan Tovuz” səfərdə “Şamaxı”nın qonağı olacaq.Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan “Şamaxı”nın isə 35 xalı var.”Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda “İmişli”ni qəbul […]
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Belə ki, mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd […]
Bu gün yağış yağacaq
Azərbaycanda mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz […]
Kadir İnanır reanimasiyaya yerləşdirildi
Uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır xəstəxanaya yerləşdirilib. Canlixeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gecə aktyorun səhhətində problem yaranıb.Aktyora həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Corat bağlarından meyit tapıldı
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb. Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib. Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.Hadisənin başvermə səbəbləri araşdırılır.
Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək – QƏRAR
Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na edilən dəyişikliyə görə, namizəd tərəfindən bilərəkdən […]
Bağçalara sənəd qəbulu dayandırılır
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirib ki, 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə 19 may 2026-cı il tarixindən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması […]
19 aprel tarixində keçirilmiş imtahanların nəticələri elan edilib
Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən […]
