May 2026
Xəzərdə zəlzələ olub
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 29 kilometr dərinlikdə yerləşib.
Bakıda 374 min manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin barəsindəki qərardan kassasiya şikayəti verilib. Canlixeber.com Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq. Qeyd: İstintaq və məhkəmə materiallarına görə, Mirsənan Mürsəlizadə “biznesə sərmayə” və müxtəlif işlər adı altında ümumilikdə 374 min manat məbləğində vəsaiti […]
Kür çayında TƏHLÜKƏLİ VƏZİYYƏT
Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi son bir ayda artıb. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, xüsusilə rayonun Qaraağaclı kəndi və Kürqırağı ərazilərdə vəziyyət daha da təhlükəli hal almaqdadır. Belə ki, artıq çayın ətrafındakı meşələrin bir hissəsini su basıb. Bundan əlavə, əkin sahələri də sel təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb Gəncə və […]
Bu gün hava necə olacaq?
Mayın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-24° […]
“Qarabağ”dan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəldi
Qarabağ” klubu növbəti transferini gerçəkləşdirib. Canlixeber.com bu barədə kluba istinadən xəbər verir. Bildirilib ki, İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələnib və Zakaria Savo “Qarabağ”a keçib.
Əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, qurumdan bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 25-26 may tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində fasilələrlə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşməsi, dolu düşməsi və dağlıq ərazilərdə […]
Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı
Kürdəmirdə mübahisə qanlı sonluqla nəticələnib. Canlixeber.com Mətbuat.az-a istinadən xəbər verir ki, Kürdəmir rayonunda ər arvadını qətlə yetirib.Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Natiq Araz oğlu Bəşirov həyat yoldaşı – 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirovanı qətlə yetirib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qadının […]
İntensiv yağış yağacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 26-sı axşamadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə […]
Maşın tibb mərkəzinə çırpıldı – Xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində olub. “Chevrolet Equinox” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı Gəncə tibb mərkəzinə çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Həmçinin avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma başlanılıb.
Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanılıb
Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanılıb. Canlixeber.com xəbər verir ki, u barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, selin təsiri nəticəsində yolun zədələnmiş hissəsinin bərpası üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub. Hazırda ərazidə qazıntı işləri aparılır, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür. Məqsəd hərəkətin təhlükəsizliyinin təmini və nəqliyyat […]
