Əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Canlixeber.com xəbər verir ki, qurumdan bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 25-26 may tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində fasilələrlə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşməsi, dolu düşməsi və dağlıq ərazilərdə qar yağması ehtimalı var.
Belə hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır.
Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır:
“Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini ehtiyatla idarə etsinlər. Görünmə məsafəsinin azaldığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir.
