İntensiv yağış yağacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir.
Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 26-sı axşamadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
