1 min read

Adil Şükürov “Sumqayıt”da rəhbər vəzifəyə gətirildi

“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.

1 min read

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, polkovnik-leytenantı Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin […]

1 min read

Səbinə Mehdiyevaya vəzifə verildi

Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Agentliyin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib. Səbinə Mehdiyeva 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb. […]

1 min read

Kəmaləddin Heydərov komandiri işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib. Onun yerinə Süleyman Hüseynov gətirilib. Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.

1 min read

Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib

“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub. İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib. Qeyd edək ki, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən […]

1 min read

Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb. Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi […]

1 min read

Azər Məmmədov yeni yaradılan şöbəyə rəis təyin etdi

“Azəriqaz” İstehsalat Birliyində daha bir şöbə yaradılıb. Canlixeber.com xəbər verir ki, qurumun Aparatında Mühəndislik və layihə şöbəsi fəaliyyətə başlayıb. Şöbənin rəisi vəzifəsinə Ülvi Kərimov təyin olunub. Bununla bağlı qurumun baş direktoru Azər Məmmədov əmr imzalayıb. Qeyd edək ki, bir neçə gün əvvəl “Azəriqaz” İB Aparatının Müştəri təcrübələrinin idarəedilməsi şöbəsinin yaradılması ilə bağlı da məlumat verilmişdi.

1 min read

Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi

ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.