1 min read

Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi – Yeni təyinat

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycan Respublikası baş nazirinin müavini təyin olunub.

1 min read

Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub. Qeyd edək ki, R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsini tutub. Xatırladaq ki, oktyabrın 8-də həmin xəstəxanada insident yaşanıb. Hadisə […]

1 min read

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-in Plenar Assambleyasında qəbul olunub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib. Assambleya çərçivəsində federasiyanın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib. […]

1 min read

Rəhimə Xosrovqızı yüksək vəzifəyə təyin olundu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holdinq) yeni təyinat baş tutub. Canlixeber.com Yurd.Media-ya istinadən xəbər verir ki, Rəhimə Xosrovqızı Holdinqdə Telekommunikasiya strategiyası və biznes təhlili departamentinin müdiri təyin edilib. O, daha əvvəl AZCON Holdinqdə menecer vəzifəsində çalışıb. R.Xosrovqızı ondan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində hesabatlılıq üzrə rəhbər vəzifəsində işləyib.

2 mins read

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Canlixeber.com u barədə DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə […]

1 min read

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Fazil Məmmədovu yeni vəzifədə kollektivə Baş nazir Cabbar Musayev təqdim edib. Qeyd edək ki, F.Məmmədov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

1 min read

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib

Səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Bildirilib ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” […]

1 min read

Liya Bayramovaya yeni vəzifə verildi

Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib. Canlixeber.com xəbər verir ki, bu, Liya Bayramovadır. O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan “Dayanıqlılıq və inkişaf” proqramının müəllifi və aparıcısıdır. L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan […]

1 min read

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

“MTV Azərbaycan”a yeni icraçı direktor təyin olunub. Canlixeber.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib. Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. O, bu vəzifəsinə qədər özəl şirkətlərdən birində departament rəhbəri kimi fəaliyyət göstərib. Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S.Tahirova, 2015-2016-cı […]

1 min read

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Cəlilabad Rayon İcra Hakimiyyətinin Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə yeni icra nümayəndəsi təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Orxan Qafur oğlu İmanov təyin edilib. Qeyd edək ki, Orxan İmanov Vətən müharibəsi iştirakçısıdır.